Ermənilərin “Google”-yə etiraz məktubu

04-06-2009 / 14:01

İnternetdə məşhur axtarış sistemi olan “Google” ABŞ-dakı erməni diasporasını qəzəbinə tuş gəlib.Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America-ANCA)  axtarış şəbəkəsinin icraçı direktoru Erik E. Şmidtə etiraz məktubu ünvanlamağa səsləyib.

Buna səbəb “Google”-da qondarma “Erməni soyqırımı”, “Ermənistan”, “Erməni” sözlərini axtarışa verənlərin ABŞ-dakı ən güclü türk lobbi qurumlarından biri olan Amerika Türk Koalisiyasının (Turkish Coalition of America-TCA) saytına yönləndirilərək, “Don’t be evil” (Şeytana uyma) elanı ilə qarşılaşmasıdır.

Amerika Erməni Milli Komitəsi bu səbəbdən “Google” idarəçilərini soyqırımı inkar edən psixoloji hücum kampaniyasına dəstək verməkdə ittiham edir.

Məlumat üçün bildirək ki,ermənilər daha öncə də bu tip əsassız iddialarla dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə