Əşyaların İnterneti üçün milli əməliyyat sistemi yaradılacaq

12-10-2017 / 13:28

Rusiya Federasiyası hökuməti tərəfindən cari ilin iyul ayında təsdiq edilmiş “Rəqəmsal iqtisadiyyat” proqramına əsasən, Rusiyanın aparat və proqram hissəsindən ibarət olan kiberfiziki sistemləri yerli proqram təminatının idarəetməsi ilə işləməlidir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir k, Əşyaların İnterneti qurğularının işləyəcəyi əməliyyat sisteminin (ƏS) hazırlanması 31 dekabr 2021-ci ilə qədər başa çatmalıdır.

Sənəd Əmanət bankının rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanmışdır. Proqramın məsul icraçıları isə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, həmçinin bir sıra avadanlıq və proqram təminatı istehsalçılarıdır.

2019-cu ilin sonunadək kiberfiziki sistemlərin maşınlararası qarşılıqlı təsir standartlarının hazırlanması planlaşdırılır. Əşyaların İnternetinin yerli ƏS istehsal prosesləri ilə idarəetmə sistemləri, elektrik nəqliyyatının avtonom şəbəkələri və digər sahələrdə avtomatik idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Bu kimi sistemlər vasitəsilə müəssisə və şirkətlər təhlükəsizliyi lazımi səviyyədə təmin edə və öz sistemlərinin avtomatlaşdırmasını həyata keçirə biləcəklər.

Qeyd edək ki, bu sistemin də Əşyaların İnterneti üçün nəzərdə tutulmuş bir sıra digər ƏS kimi Linux əsasında hazırlanacağı ehtimal olunur.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.