Eurovision 2012-nin HD formatında yayımı üçün infrastruktur artıq hazırdır

17-05-2012 / 07:59
Eurovision 2012 müsabiqəsinin yayımı üçün HD formatında alternativ əlaqənin fiber-optik infrastrukturunun yaradılması üzrə işlər artıq başa çatıb. 
Məlumata görə, müsabiqənin keçiriləcəyi  “Baku Crystal Hall”  ilə Bakı Televiziya qülləsi arasında alternativ rabitə Televiziya qülləsində fiber- kabel sisteminin müasirləşdirilməsi yolu ilə yaradılıb. Bunun üçün qüllədə “İctimai FM” radio proqramlarının 90 MHz tezliyində yayımını təmin etmək üçün  HD radioötürücü quraşdırılıb. 
Bundan başqa, İTV-nin verilişlərinin yüksək dəqiqliklə yayımı üçün “Baku Crystal Hall”da HD-TV ötürücü quraşdırılıb. 
Tamamlanmış  işlər Bakı və Frankfurt (Almaniya) arasında HD formatında yayımın təminatı  və Trans-Asiya-Avropa kabel magistralı infrastrukturu üzərindən rəqəmsal televiziya yayımının təşkilatı üzrə görülən  tədbirlərin bir hissəsidir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə