Eurovision-2017 Kiyevdə keçiriləcək

09-09-2016 / 16:00

Ukrayna təşkilat komitəsi 2017-ci ildə Eurovision beynəlxalq mahnı müsabiqəsini qəbul edəcək şəhəri müəyyənləşdirib.

Xeberler.az bildirir ki, Rusiyanın NTV telekanalı xəbər verir ki, Ukrayna Milli Televiziyasının sədri Zurab Alasaniya Eurovision-2017 mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib.

Müsabiqənin keçirilməsinə Kiyevlə yanaşı, Odessa və Dnepr şəhərləri də iddia edirdi. Şəhərlərin seçilməsi zamanı Kiyev 19 səs, Odessa isə 2 səs alıb.

Beynəlxalq mahnı müsabiqəsi təxminən 60 min kvadratmetr sahəsi olan Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. (AZƏRTAC)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.