Ev işləri görən robot

30-11-2015 / 16:53

Robotların insan həyatındakı rolu getdikcə daha da artır. Hətta gələcəkdə insan gücünə ehtiyac qalmayacağından və robotların insanların işlərini əlindən alacağından qorxanlar da  var.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya araşdırmaçıları tərəfindən hazırlanan Ciros adlı robot sadə yeməkləri hazırlayır və ev işlərinə kömək edir.

Ciros verdiyiniz əmrlərə uyğun olaraq  5 dəqiqədə sizə gözəl salat hazırlayır. Həmçinin istəyinizə əsasən paltarlarınızı düzəldib, əşyaları yerinə yerləşdirir. 

Cirosun bunları etməyinə səbəb onun beynində olan stereoskopik kameralar və üç ölçülü işıq qəbulediciləridir.  

Robot “səs tanıma” sistemi vasitəsilə verilən əmrləri yrerinə yetirir.

Ciros adlı robotun qiyməti  270 min dollardır.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə