Events.az-dan yeni xidmət

01-09-2015 / 13:41

Artıq öz tədbirlərinizi Events.az saytına əlavə edə biləcəksiniz. 

Xeberler.az-ın məlumatına görə, istənilən tədbir iştirakçısı “Tədbir əlavə et” bölməsində qeydiyyatdan keçərək, öz tədbiri haqqında məlumatı sayta daxil edə bilər. Bunun üçün sadəcə Events.az saytında qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçərkən öz məlumatlarınızı əlavə edib, qeydiyyatınızı təsdiqləyirsiniz.

Qeydiyyatınızı tamamladıqdan sonra hesabınıza daxil olaraq tədbiriniz haqqında məlumatı təqdim edə bilərsiniz.Tədbir haqqında əlavə edilmiş məlumatlar Events.az–ın  redaktoru tərəfindən təsdiq ediləcək.

Hazırda Events.az tədbirlərə bilet satışı sisteminin qurulması üzərində işləyir. Yaxın zamanlarda Events.az üzərindən istənilən tədbirlərə bilet əldə etmək olacaq.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə