Evinizi telefonla idarə edəcəksiniz

28-11-2015 / 14:29

Evdə və işdəki təhlükəsizlik kameraları artıq tarix ola bilər.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumat verir ki, yeni Xandem sistemi evinizdə və digər məkanlarda təhlükəsizlik məsələlərini telefonla izləmək imkanı verir.

Məlumdur ki, hazırda kameralara çox asanlıqla müdaxilə edilə bilir.

Bunu nəzərə alan yeni sistem- Xandem formalaşdırılıb.  Belə ki, Xandem-in hazırladığı bu cihaz enerji dolduran qurğuya (adaptra) bənzəyir.

Bu cihazı evinizdəki elektirik mənbəyinə qoşursunuz. Əsas elektrik mənbəyinə birləşən sensorlar radio dalğaların köməyi ilə evi əhatə edərək təhlükəsizliyi qoruyur.

Qoruyucu sensorlar evdəki mebelləri və digər əşyaları da tanıya bilir. Bütün evi radio dalğalar vasitəsi ilə axtaran sensorlar vasitəsilə həmçinin evdən çıxanda telefonda bu tətbiqi aktiv etmək və bunun vasitəsi ilə evdəki sistemə qoşularaq bütün hərəkətləri izləmək mümkündür.

Bu avadanlığın 450 dollardan satışa çıxarılması və sensorlarına görə qiymətinin müxtəlif olması gözlənilir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə