Evisa və vizam.az domenlərinin fəaliyyəti nə üçün dayandırılıb?

22-12-2016 / 13:45

Məlumat verdiyimiz kimi,  bir müddət öncə "ASAN Viza"  xidməti istifadəyə verildi.

Qeyd edilir ki, “ASAN Viza" portalın yaradılması­nda məqsəd Azərbaycan­a gələn əcnəbil­ər və vətəndaşlığı ol­mayan şəxslər üçün vi­za verilməsi prosedur­unun sadələşdirilməsi­, müasir informasiya ­texnologiyalarının tətbiqi ilə operativlik­ və şəffaflığın təmin­ edilməsidir.

Hazırda sosial mediada vizam.az evisa.az domenlərinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklanaraq bütün səlahiyyətlərinin “ASAN Viza”-ya  verildiyi müzakirə edilir.

İKT sahəsinin mütəxəssisləri və digər sadə vətəndaşlar bu məsələnin doğru olmadığını qeyd edir. Onlar bu fəaliyyətə görə aiddiyatı qurumları inhisarçı adlandırır.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

Rəsmi qurumlar məsələni araşdırdırqlarını və yaxın zamanda bununla bağlı ictimaiyyətə məlumat verəcəklərini bildirib.

Evisa.az domeni hazırda Billur tur agentliyinin tərkibindədir. Şirkət hazırda saytın işləmədiyini təsdiqləyib. Səbəbi isə qeyd edilməyib.

Məlumatımıza görə, Vizam.az saytı Baba Ağayevə məxsusdur.

Azərbaycan İnternet Forumunun  prezidenti Osman Gündüz məsələyə münasibət bildirərkən deyib ki, mövcud qanunvericiliyə görə milli domenin tənzimlənməsi RYTN tərəfindən əlaqədar qurumlarla birgə həyata keçirilməlidir:

“Yəni, bu yalnız RYTN-nin səlahiyyətinə aid məsələ deyil. Bu məqsədlə domenin tənzimlənməsi qurumu formalaşdırılmalıydı, bunu da təbii ki, RYTN etməliydi. Təəssüf ki, bu günə qədər məsələ ilə bağlı nazirlik  tərəfindən işlər görülməyib. Qeydiyyat yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun deyil”.

Osman Gündüz  RYTN-də yeni rəhbərliyin bu məsləni yenidən gündəmə gətirməsi və beynlxalq normalara uyğun həll etməsinin vacibliyini vurğulayıb:

“Odur ki, hazırda mövcud olan Qaydaların hər hansı hüquqi əsası yoxdur. Qanunvericiliyə uyğun olaraq hazırlanmayıb. Məlumata görə, Ədliyyə Nazirliyi də məhz buna görə onu təsdiq etməyib və mövcud normalara ziddir”.

O qeyd edib ki, hazırda domen məsələsinə də AİF ciddi nəzarət edir:

“Baş  verənlərlə bağlı ilkin təəssüratlarımız belədir ki, mövcud qanunvericiliyin tələbləri pozulub. Artıq biz bəzi üzvlərimizlə bunu müzakirə etmişik”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.