“Evlərə optika” layihəsi əhəmiyyətli addım olacaq”

19-03-2014 / 09:24
“Dövlət Neft Fondunun vəsaiti hesabına ölkədə İnternetin inkişafına yönələn “Evlərə optika” layihəsinin ötən ildən başlayaraq icrası nəzərdə tutulurdu”  - bu barədə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz məlumat verib.

O.Gündüzün sözlərinə görə, layihə çərçivəsində şəhərlərdə hər bir binaya, regionlarda hər bir kəndə fiber-optik xətlərin çəkilməsi və digər infrastruktur tədbirləri nəzərdə tutulurdu.
AİF prezidenti qeyd edib ki, ümumi məbləği təxminən 350 milyon manat olan layihə üçün birinci ilə təxminən 105 milyon manat vəsait ayrılıb: “Ötən il icra nəzərdə tutulsa da bu baş vermədi. Hələlik bu layihənin cari ildəki icrası haqqında da yetərli bir məlumat verilməyib. Layihənin icrasının kimlərə həvalə ediləcəyi, həyata keçiriləcək tədbirlər haqqında məlumatlar hələlik qapalıdır.

Ayrılan vəsaitdən effektiv istifadə edilməsi, səmərəli xərclənməsi şərtlərini müəyyən etmək üçün “Booz&Co Konsaltinq” şirkəti dəvət olunub və tövsiyyələrini də çoxdan təqdim edib. Burada böyük risklər də var.
Layihə Azərbaycan İnterneti tarixində maliyyə və infrastruktur baxımından ən böyük layihə olduğundan, bu layihə çərçivəsində yaradılacaq şəbəkəyə kimin nəzarət etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bunun dövlət və ya özəl qurum olacağı ilə bağlı da məlumat yoxdur.
Dövlət İSP-lərinin Azərbaycan İnternetində xüsusi çəkisinin böyük olduğu indiki zamanda atılacaq addımlardan çox şey asılı olacaq. Layihənin icrasında iştirak etmək istəyən iddiaçılar çoxdur, hətta adı heç bizə məlum olmayanlar iddiaçılar, məxsusi bu məqsədlə yeni yaradılan qurumların da olduğu bildirilir.

Ümid edirik ki, layihənin icrası bu ildən reallaşacaq, peşəkarlara həvalə olunacaq, icra konkret layihələr üzrə olacaq”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə