Facebook 120 milyon dollar cərimə ödəyəcək

18-05-2017 / 13:48

Avropa Komissiyası Facebook sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib.

BBC-nin məlumatına görə, buna səbəb şirkətin WhatsApp mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub.

"Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir", - Aİ-nin rəqabət üzrə komissarı Margrethe Vestage-in bəyanatında deyilir.

Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən WhatsApp-ın satın alınmasına icazə verib.

Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, Facebook alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında WhatsApp servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora WhatsApp istifadəçilərinin nömrələrinin Facebook hesabları ilə birləşdirmək imkanını da əlavə edib.

Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, Facebook hesabları ilə WhatsApp nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib. (Report) 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.