Facebook 170 milyon dollar cərimələnə bilər- Səbəb

21-12-2016 / 10:32

Avropa Birliyi (AB) Facebook-u WhatsApp-ı satın aldığı zaman yalnış və aldadıcı məlumat verdiyi üçün günahlandırır.

Belə ki, Facebook WhatsApp-ı 2014-ci ildə təxminən 22 milyard dollara satın aldı. Bu əsnada isə Facebook Avropa Biriliyinə məlumatların iki şirkət arasında paylaşılmayacağı və istifadəçi hesablarını birləşdirməyəcəyi ilə bağlı ödəlikləri üzərinə götürdüyünə dair söz vermişdi.

Lakin WhatsApp avqust yenilik edərək istifadəçilərinin telefon nömrələri, profil adları kimi məlumatlarını Facebook-la paylaşmağa başladı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, AB Komissiyası isə Facebook-u 2014-ci ildə üzərinə götürdüyü öhdəliklərə zidd hərəkət etdiyi üçün günahlandırır.

Qeyd edilir ki, Facebook 2017-ci ilin yanvar ayının 31-nə qədər bu ittihamlara cavab verməlidir. Əgər şirkətdən cavab gəlməzsə, AB Komissiyası Facebook-a ümumi 170 milyon dollar pul cəzası tətbiq edə bilər.

AB Komissiyası Avropada fəaliyyət göstərən böyük şirkətlərin digər şirkətlərlə birləşməsi və ya satın alınmasına nəzarəti təşkil etmək funksiyası daşıyır.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.