Facebook 500 milyon saxta hesabı silib

22-05-2018 / 11:35

Facebook 2018-ci ilin ilk rübündə 583 saxta hesab silindiyini açıqlayıb.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edək ki, sosial şəbəkə saxta hesabları silmək üçün süni intellekt texnologiyasından istifadə edir.

Cambridge Analytica skandalından sonra platformasını yenidən qurmağa başlayan Facebook 2018-ci ilin ilk rübündə platformadan yarım milyard saxta hesabı silib.

Sosial şəbəkə tərəfindən yayımlanan hesabatda ötən ilin son rübündə 694 milyon saxta hesab silib.

Facebook ilin ilk rübündə 836 milyon paylaşımı, 2.5 milyon nifrət məzmunlu paylaşımı, 1.9 milyon terroristləri təbliğ edən, 21 milyon pornoqrafik məzmun və 3.4 milyon şiddət məzmunlu paylaşmalara müdaxilə edib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.