Facebook-a 360 dərəcə foto dəstəyi də gəldi

10-06-2016 / 12:17

Məlumat verdiyimiz kimi, bir müddət öncə Facebook 360 dərəcə videoları da platformasına əlavə etdi.

Şirkət artıq 360 dərəcə fotoları da dəstəkləməyə başlayıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi məlumatında qeyd edilib. Hətta Facebook-un CEO-su Mark Zuckerberg öz Facebook səhifəsində 360 dərəcə  fotolar paylaşıb. 

Bununla da istifadəçilər telefonları ilə çəkdikləri panoramik fotoşəkilləri və ya 360 dərəcə kamerayla çəkilmiş fotoşəkilləri platformaya yükləyə və mövcud fotoşəkillərə baxa bilər.

Belə ki, 360 dərəcə fotoşəkillər adi bir fotoşəkil kimi kimi yüklənir. Facebook-un mobil tətbiqi daxilində də bu fotoları çəkmək və ya sonradan yükləmək mümkündür.

360 dərəcə fotoşəkilləri də  360 dərəcə videolarda olduğu qaydada izləmək mümkündür.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə