Facebook bu istifadəçilərə bildiriş göndərəcək

10-04-2018 / 10:59

Son vaxtlar Facebook özünün ən çətin günlərini yaşayır. Belə ki, 80 milyondan çox istifadəçinin məlumatının Cambridge Analytica şirkəti tərəfindən ələ keçirilməsi şirkəti ciddi probemlə üz-üzə qoyub.

Hazırda şirkət sistemin təkmilləşdirilməsi üçün tədbirlər görür. İndi isə Facebook 87 milyon istifadəçiyə fərdi bildiriş göndərəcəyini açıqlayıb.

Xeberler.az məlumat verir ki, Facebook CEO-su Mark Zuckerberg ABŞ konqresində ifadə verməzdən öncə bununla bağlı açıqlama verib.

Qeyd edilib ki, şirkət məlumatları Cambridge Analytica tərəfindən istifadə olunmuş 87 milyon istifadəçisini mövzuyla bağlı məlumatlandıracaq.

Xatırladaq ki, 50 milyon istifadəçinin məlumatları oğurlandığı deyilsə də, rəqəmin 87 milyon olduğu iddia edilir.

Facebook rəhbəri çıxışı zamanı da qeyd edib ki, bu rəqəm dəqiq olmaya bilər:

“Məhz bu səbəbdən Facebook fərdi bildirişlərin göndərilməsində Cambridge Analytica –nın məlumat toplamaq üçün yaratdığı sorğu tətbiqini istifadə edənlərin dost sayını da nəzərə alacaq. Çünki tam olaraq neçə nəfərin bu hadisədən təsirləndiyini bilmirik”.

Facebook məlum hadisənin baş verdiyi fevral ayından bu yana 100 milyard dollar dəyər itirib. Bu gün isə dünyanın ən böyük sosial şəbəkəsi kimi 456 milyard dollar dəyərindədir.

 

Aləmdə Nəsib


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.