Facebook canlı yayımlanan qətlə münasibət bildirib

17-04-2017 / 13:45

Facebook ABŞ-da bu sosial şəbəkə vasitəsilə canlı yayımlanan qətl hadisəsi ilə bağlı bəyanat yayıb.

Xeberler.az məlumat verir ki, şirkət bazar günü yayılan məlumatda baş verən hadisəni "dəhşətli cinayət" adlandırıb.

"Bu dəhşətli cinayətdir və biz bu tip kontentlərin Facebook-a yerləşdirilməsinə icazə vermirik", - deyə sosial şəbəkə nümayəndələri bildiriblər.

"Biz Facebook-da təhlükəsiz mühiti saxlamaq üçün səylə çalışırıq və fövqəladə vəziyyətlərdə – fiziki təhlükəsizliyə birbaşa təhlükə yarandığı zaman hüquq-mühafizə orqanları ilə əlaqədə oluruq", - deyə məlumatda bildirilir.  (Report)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə