Facebook-da boşluq istifadəçinin elektron ünvanını açıqlayır

27-12-2016 / 15:22

Amerikanın proqram tərtibatçısı Tommi DeVoss Facebook sosial şəbəkəsində istifadəçilərin elektron poçtlarının məxfi ünvanlarını ələ keçirməyə imkan verən boşluq aşkarlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, problem istənilən istifadəçiyə sosial şəbəkədə maraqlara görə qruplar yaratmağa imkan verən Facebook Groups funksiyası ilə əlaqədardır.

T.DeVoss birliklərdən birinin inzibatçısı kimi istifadəçilərə qrupda inzibatçılıq hüququ göstərib, məsələn, məlumatları redaktə edib və ya yeni istifadəçilər əlavə edib. Bütün müvafiq dəvətlər Facebook tərəfindən emal edilərək Facebook Messages şəxsi məlumatlar poçtuna, eləcə də dəvət edilənin hesabına qoşulan elektron ünvana göndərilir. Məlum olub ki, istifadəçilərin məxfilik funksiyalarını quraşdırmasına baxmayaraq istənilən sosial şəbəkə istifadəçisinin poçt ünvanını ələ keçirmək mümkündür.

Proqram tərtibatçısı sosial şəbəkənin mobil versiyasında “Səhifələrin rolu” bölməsində dəvət ləğv edildikdə sorğunun göndərildiyi istifadəçinin tam elektron poçt ünvanının olduğu URL resurslu səhifəyə yönləndirmənin baş verməsini müəyyənləşdirib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.