Facebook-da hər şeydən xəbərdar olacaqsınız

27-10-2015 / 10:35

Sosial media platforması Facebook yeni bildiriş sistemi təqdim etməyə hazırlaşır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Facebook mobil platformalar üçün yeni bildiriş sistemini təqdim edəcək.

Yeni bildiriş sistemi daha çox bildirişlər tədim etməklə, ayrı-ayrı bölmələrdə yerləşəcək. Bu bildirişlərin göründüyü bölmələri kart adlandıran Facebook istifadəçilərin yeni sistemdən narazı qalmaması üçün sistemə 15 fərqli kart seçimi əlavə edəcək.

Facebook nümayəndəsi Keith Peiris-in bildirdiyinə görə, bu kartlar vasitəsilə Facebook sizin onu daha çox istifadə etmənizi və bu istifadənin qarşılığını verməyi hədəfləyir. Bu kartlar sayəsində Facebook-da sizi maraqlandıracaq hər bir məlumatdan xəbəriniz olacaq.

Yeni bildiriş sistemi həm Android, həm də İOS əməliyyat sistemində bir neçə həftədən sonra istifadəyə veriləcəyi bildirilib.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə