Facebook-dakı yazışmalar avtomatik silinəcək

15-11-2015 / 00:00

Fransada Facebook istifadəçiləri yazışmanın avtomatik silinməsi funksiyasını sınaqdan keçirirlər.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki,  sosial şəbəkədə hesab sahibi bu seçimdən istifadə edərək 1 saat sonra avtomatik silinəcək mesajı seçə bilər. Tərtibatçıların sözlərinə görə, sınaqlar uğurlu olduğu halda sözügedən funksiya Facebook-un bütün istifadəçiləri üçün əlçatan olacaq.

Yazışmanın avtomatik silinməsi funksiyası Snapchat-ın mobil proqramının funksionalını xatırladır.

2013-cü ildə Facebook şirkəti Snapchat-ı satın almağa çalışsa da, amma bu mümkün olmayıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə