Facebook-dan 4 yeni proqram!

30-03-2015 / 11:14

Sosial media nəhəngi Facebook 4 yeni proqramını tanıdıb.

Yeni tətbiqlər Strobe for Messenger, Sound Clips for Messenger, Shout for Messenger və Selfied for Messenger adı ilə təqdim olunub.

Strobe for Messenger:

Facebook-un yeni tətbiqi Strobe for Messenger ilə istifadəçilər geniş şəkildə təqdim edilən fotoşəkil filtrlərini istifadə edə və bu şəkildə yaradılan formaları Messenger tətbiqi üzərindən göndərə biləcəklər.

Sound Clips for Messenger

Bu yeni proqram sayəsində istifadəçilər ön yüklü olaraq hazır olan əyləncəli səs effektlərini Facebook Messenger vasitəsilə göndərmə imkanına sahib olacaqlar.

Shout For Messenger

Messenger-in yeni tətbiqi quruluşu cəhətdən Snapchat-i xatırladır. İstifadəçilər bu tətbiq ilə fotoşəkillərin üzərinə yazı yazıb yoldaşlarıyla rahat bir şəkildə paylaşa bilərlər.

Selfied For Messenger

Bu tətbiq isə adından da göründüyü kimi selfie çəkmə və bu selfie-ləri müəyyən edilən yoldaşlarla paylaşmaq imkanını təmin edəcək. Bundan əlavə proqramda əhvalı əks etdirən simvollar da iştirak edir. Yəni əsəbi, xoşbəxt, kədərli və qəzəb kimi vəziyyətlərinizə görə xüsusi selfie-lər çəkə biləcəksiniz.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə