Facebook-dan daha bir yenilik

13-08-2015 / 11:54

Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook istifadəçiləri üçün yeni proqram hazırlayır.

Xeberler.az xarici KİV-lərə istinadən məlumat verir ki, smartfonlar üçün nəzərdə tutulan yenilik qısa xəbərlərin çatdırılmasına xidmət edəcək.

Facebook-un yeni məhsulunun Twitter-ə rəqib olacağı gözlənilir. Şirkət artıq həcmi 100 işarədən çox olmayan qısa mesajların mobil telefonlara göndərilməsi sisteminin sınağlarına başlayıb.

Sözü gedən sistem istifadəçilərə müxtəlif mənbələrdən dəqiq xəbərləri operativ şəkildə çatdırılmasını təmin edəcək. Yeniliyin bu ilin sonuna kimi istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.

Facebook sosial şəbəkəsi 2004-cü ildə Harvard universitetinin tələbəsi Mark Zuckerberg tərəfindən yaradılıb. Hazırda şəbəkənin 1,5 milyarda yaxın aktiv istifadəçisi var.

Xeberler.az 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə