Facebook-dan pulsuz Wi-Fi xidməti

03-07-2017 / 12:05

Dünyanın fərqli  yerlərində internetdən rahat istifadəni təmin  etmək üşün müxtəlif layihələr həyata  keçirən Facebook daha bir xidmət istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, şirkət yaxınlardakı pulsuz Wi-Fi nöqtələri göstərən funksiya təqdim edib.

“Wi-Fi tap” adlı xüsusiyyətini daha əvvəl yalnız bir neçə ölkədə istifadəyə verərək  test edən Facebook, ağıllı telefon tətbiqi üzərindən ödənişsiz Wi-Fi  tapmaq xüsusiyyətini artıq bütün istifadəçilərə təqdim edib.

Bu yeni xidmət ilə istifadəçilər olduqları yerdə pulsuz  şəbəkələrə bağlanaraq internetə daxil ola biləcək. Belə ki, bu xüsusiyyəti istifadə etdiyiniz zaman  xəritədə pulsuz Wi-Fi adı, məkanın adı və Facebook-dakı müəssisə məlumatlarını iş saatlarıyla birlikdə görə bilirsiniz.

Qeyd edək ki, Wi-Fi –ların telefonunda göstərilməsi üçün müəssisələr pulsuz internet şəbəkələrini sistemdə qeydiyyata almalıdır. Yəni, pulsuz olan hər Wi-Fi nöqtəsi xəritədə göstərilməyəcək, yalnız Facebook-da qeydiyyatdan keçənlər görünəcək.

İstifadəçilər bu xidmətdən yararlanmaq üçün öncə Facebook-un ən son versiyasını yükləməlidir. Daha sonra Facebook tətbiqinin sağ üst küncündə "daha çox" və ya bir digər bilinən adıyla “parametrlər" olduğu menyuya çıxan üç xətt ikonuna toxunmalı, açılan səhifədə “Wi-Fi tap” xüsusiyyətini seçməlidir.

Xüsusiyyətdən faydalanmaq üçün telefonunda “location” xidmətini aktiv saxlamaq lazımdır. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə