Facebook-dan yeni əyləncəli xidmət-Video

28-06-2016 / 12:54

Facebook noyabr ayında  sınaq istifadəsinə başladığı Slideshow xidmətini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, bu özəllik sayəsində istifadəçilər Facebook-da foto və videoları ilə əyləncəli slayd hazırlaya biləcək.

Slideshow ilə xüsusi günlərinizdə çəkdiyiniz video və şəkillərdən, ya da xüsusi albomlardan ibarət  bir kolaj film yarada biləcəksiniz.

 Slideshow hansı özəllikləri təqdim edir?

Bir-birindən fərqli video effekti, çərçivə və animasiyaların daxil olduğu Slideshow-da filminizə musiqi  də əlavə edə bilərsiniz.

Slideshow-un digər maraqlı tərəfi isə fotoşəkil və videoların bir kombinasiyasını təqdim edə bilmə imkanıdır.  İstəsəniz, hazırladığınız filmdə yalnız videoları və fotoşəkilləri istifadə edə bilər və yaxud da hər ikisini bir arada edə bilərsiniz. 

Slideshow xidməti bu həftənin sonunda  iOS  istifadəçilərinə təqdim ediləcək. Android üçün istifadəyə veriləcəyi tarix  isə bəlli deyil.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə