Facebook-dan yeni proqram

14-09-2017 / 11:57

Facebook şirkəti videozənglər üçün Bonfire əlavəsinin sınaqlarına başlayıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, Snapchat üslubunda üzlərini maskalaya, eləcə də Instagram, Facebook və Messenger vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər.

Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın iOS platformalı qurğu istifadəçiləri yararlana bilərlər.

Facebook nümayəndələrinin sözlərinə görə, Bonfire hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.

Əlavə Facebook Messenger istifadəçiləri ilə əlaqə qurmağa imkan verir. Bundan başqa, dəvət olunmuş həmsöhbətlər video ünsiyyətə proqramı quraşdırmadan qoşula bilərlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə