Facebook-dan yenilik

30-07-2015 / 17:00

Facebook daha bir yenilik etməyə hazırlaşır.

Xəbərlər-in Theverge.com saytına istinadən verdiyi məlumata görə, bu sosial şəbəkə istifadəçilərinə özləri haqqında etiketlər yaradılmasına icazə verəcək.

Sosial şəbəkə maraqları eyni olan və ya eyni sektorda çalışan şəxslərin bir-biriylə əlaqə qurmasını hədəfləyir.

İddialara əsasən, bu etiketlər sayəsində istifadəçilər insan emosiyalarını ifadə edən işarələrdən istifadə edərək yazıları profil məlumatlarına əlavə edə biləcəklər. Nəticədə bir-birini tanımayan milyonlarla istifadəçi asanlıqla ünsiyyət qura biləcək.

Bundan əlavə, digər istifadəçilərin başqalarının hesabından işarələdikləri etiketlər də təsdiq üçün istifadəçilərin profilində yerləşdiriləcək.

Qeyd edək ki, iş axtarma şəbəkəsi olan Linkedin bu funksiyanı çoxdan işə salıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə