Facebook hesabı tamamilə necə silinir?

26-03-2018 / 13:50

“Facebook-u necə silə bilərəm?” ötən həftə ərzində Google axtarışlarında birinci olub.

Belə ki, Cambridge Analytica skandalından sonra Facebook istifadəçiləri hesablarını silməyə başladı.

Bəs Facebook hesabını tamamilə necə silmək olar?

Facebook hesabınızı birdəfəlik silmək və onun yenidən açılmamasını təmin etmək üçün dondurma əməliyyatlarını yerinə yetirmək lazımdır.

Qeyd edək ki, hesabınızı tamamilə silməzdən öncə bəzi məlumatları bilməyiniz faydalıdır.

Xeberler.az olaraq Facebook hesabının silinməsi üzrə təlimatları təqdim edirik:

-Facebook hesabınızı bağlayanda əgər səhifələriniz, ya qruplarınız varsa və bu səhifələrdə adminsinzsə hesabla birlikdə səhifə, qruplar da silinəcək. (Səhifənin silinməməsi üçün ikinci bir admin əlavə edə bilərsiniz)

- Silinmiş hesabı istədiyiniz formada yenidən açıla bilməzsiniz. Bu səbəbdən Facebook hesabınızı silmədən iki dəfə düşünün.

- Facebook-da bəzi əməliyyatlar Siz hesabı sildikdən sonra da qala bilir. Məsələn, hesabınızı silsəniz, dostunuza göndərdiyiniz mesajlar sizdən silinsə də, onda qalır. 

- Hesabınızı sildiyinizdə digər insanlar profilinizi görməyəcək. Buna baxmayaraq, bütün məlumatları silmək üçün müəyyən qədər vaxt tələb oluna bilər. Hesabınızın statusu yeniləmələri, şəkillər və videolar bir ehtiyat sistemdə saxlanılır. Bütün məlumatların silinməsi 90 günə ərzində həyata keçir.

Facebook-u birdəfəlik silmək

-Yuxarda göstərilən təlimatları etdikdən sonra Ərizələri aşağıdakı linkə keçid edərək "Hesabımı Sil" düyməsinə basmalısınız.

https://www.facebook.com/help/delete_account

Nəhayət, açılacaq pəncərəyə təhlükəsizlik kodu və Facebook parolunuzu daxil etməlisiniz. Facebook hesabını sildikdən 2 həftə müddətində hesabınıza daxil olmamalısınız. Əks halda hesabınızı bağlamaq əməliyyatlarl sıfırlanacaq və bunun üçün yenidən cəhd etməli olacaqsınız.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.