Facebook hesabını birdəfəlik necə silmək olar?

19-02-2016 / 14:38

Bəzi istifadəçilər Facebook hesabını bağlamaq və bir daha aktiv olmamasını istəyir.

Bunun üçün istifadəçilər hesablarını dondurmaq əvəzinə tamamilə silmə əməliyyatını yerinə yetirməlidir.

Xeberler.az bu dəfə Facebook-da hesabını birdəfəlik  silməyin yolunu təqdim edir.

Facebook hesabınızı silməmişdən əvvəl, hesabınızdakı proqramları da silməlisiniz. Buna görə “Facebook proqram tənzimləmələri”nə daxil olmalısınız.

Daha sonra bu bölmədə yerləşən bütün proqramları silirsiniz. Çünki Facebook hesabı silinəndən sonra 2 həftə ərzində heç bir bildiriş gəlməməlidir.

Proqramları sildikdən sonra “Hesabı sil” bölməsinə daxil olaraq şifrənizi və təhlükəsizlik kodunu daxil etməlisiniz. Bu əməliyyatı yerinə yetirdikdən sonra 2 həftə hesabınıa daxil olmamalısınız. Əgər daxil olsanız,  yenidən hesabınızı silmək üçün 2 həftə gözləməli olacaqsınız. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.