Facebook hesabınıza öldükdən sonra belə nəzarət edə bilərsiniz

18-04-2011 / 00:02

Bəzi insanlar, bir gün öldükdən sonra rəqəmsal hesablarının necə olacağını düşünürlər. Buna görə çox düşünmək əslində narahat verici bir vəziyyətdir.  Lakin rəqəmsal dövrdə yaşamaq bunu düşünməyi tələb edərkən, yeni bir sual da yaradır: Həyatınız sona çatdıqda online hesablarınız və rəqəmsal məlumatlarınızın taleyi necə olacaq? Drake Martinet-in məqaləsinə görə; LifeEnsured adlı xidmət, insanların bu kimi problemlərini həll etməkdən ötrü yaradılıb. Bu xidmət insanların, hesablarını silməsi və ya köçürülməsi üçün hazırlıq görmələrinə imkan verir; son e-mailləri göndərir, faylları köçürür və virtual ölümlə bağlı hər şeyi edir. Xidmət sayəsində hətta Facebook hesablarını silməzdən əvvəl, istifadəçilər statuslarına ‘son mesaj'larını əlavə edə bilir, divar yazılarına müraciəti bağlayır, bioqrafiyasını dəyişdirə bilir və sahib olduqları hesabı transfer edə bilirlər. Bundan əlavə, LifeEnsured üzvləri Twitter, PayPal, WordPress və Dropbox kimi 30-dan çox online xidmətlərlə bağlı hərəkətləri reallaşdıra bilirlər. Deməli sistem belə işləyir: LifeEnsured saytına daxil olursunuz və özünüz üçün yeni hesab açırsınız. Həyatınız sona çatdıqdan sonra paylaşmaq istədiyiniz fayllarınızı yükləyirsiniz və istəsəniz bəzi şərhlərdə əlavə edə bilərsiniz. Uzun müddət hesabınıza daxil olmasanız sistem avtomatik olaraq sizin öldüyünüzü güman edəcək. Və bundan sonra vəsiyyətiniz yerinə yetiriləcək. Yəni son e-maillər göndəriləcək, bütün hesablarınız bağlanacaq və s. //Fakto.info


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.