Facebook ilə seçkiləri necə manipulyasiya etdilər?-Detallar

28-03-2018 / 13:08

Günlərdir dünya Facebook-un 50 milyon istifadəçisinin məlumatının Cambridge Analytica şirkəti tərfindən ABŞ seçkilərini manipulyasiya etmək üçün istifadə edildiyini müzakirə edir.

Lakin bu məlumatların necə istifadə edilidiyi barədə detallı məlumatlar yayımlanmırdı. Nəhayət Cambridge Analytica skandalının pərdə arxası açıqlanıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, UpGuard rəqəmsal təhlükəsizlik şirkəti Facebook-da 50 milyon istifadəçinin ABŞ seçkilərini manipulyasiya etmək üçün necə istifadə edildiyini açıqlayıb.

Beıə ki, Cambridge Analytica seçkilərdə bu məlumatlardan kanadalı AggregateIQ şirkətinə məxsus proqramın köməyi ilə istifadə edib.

Təhlükəsizlik tədqiqatçılarının sözlərinə görə, AggregateIQ (AIQ) şirkəti 2016-cı il ABŞ seçicilərinin qərarına təsir etmək üçün şirkətin yükləyə biləcəyi siyasi məlumatları və mikro hədəf alətlərini ehtiva edən zəngin bir koddan istifadə edib.

Bu məlumat vasitələrinin müxtəlif respublika kampaniyalarını dəstəkləmək üçün istifadə edildiyi qeyd edilir.

UpGuard-ın ortaya çıxardığı məlumatlarda Cambridge Analytica ilə yanaşı, texaslı siyasətçilər Senatör Ted Cruz və Vali Greg Abbott -un seçki kampaniyaları ilə birbaşa bağlı olduğunu iddia edir.

Gizmodo-un xəbərinə görə isə AggregateIQ şirkətinin Ukraynada yeni yaradılmış Osnova partiyasının lideri Serhiy Taruta ilə də əlaqəsi var.

Siyasi manipulyasiya alətlərini izləyən UpGuard tədqiqatçıları bunların bir data mərkəzdə AIQ-a məxsus gitlab.aggregateiq.com saytı üzərindən təqdim edildiyini açıqlayıb. Qeyd edilib ki, bu işdə GitLab-ın xüsusi bir versiyasından istifadə edilib.

Onu da bildirək ki, Gizmodo məsələ ilə bağlı AİQ rəhbərinə sual ünvanlayanda isə qeyd edilən fayllar saytdan çıxarılıb.

Məlumatlara görə, Cambridge Analytica 50 milyon istifadəçinin məlumatlarını AIQ tərəfindən hazırlanmış Ripon adı proqram ilə manipulyasiya edib.

Proqramın adı isə xüsusi diqqət çəkir. Belə ki, Ripon ABŞ-ın Wisconsin əyalətində olan respublikaçı partiyasının qurulduğu şəhərdir.

Bu yaxınlarda Facebook rəhbəri Mark Zuckerberg ABŞ Konqresində Cambridge Analytica skandalı ilə bağlı ifadə verəcək.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə