Facebook iş tapmağı asanlaşdırır

17-02-2017 / 12:45

Facebook sosial şəbəkəsində yeni vakansiyalar yerləşdirmək və axtarmaq imkanı meydana çıxıb.

Xeberler.az-ın məlumatına görə, istifadəçilər və müxtəlif şirkətlər öz səhifələrində “Vakansiyalar” adlı xüsusi bölmədə iş elanları yerləşdirə bilərlər.

Yeni funksiyanın köməyilə istifadəçilər onları maraqlandıran vakansiyanı daha rahat tapa biləcəklər.

Elanlar istifadəçilərin xəbər lentində meydana çıxacaq. Elana daxil olduqda istifadəçinin şəxsi məlumatları olan pəncərə Facebook səhifəsində üzə çıxacaq ki, onu potensial işəgötürənə göndərmədən öncə redaktə etmək mümkün olacaq.

Yeni funksiya hələ ki, yalnız Amerika və Kanadadan olan istifadəçilər üçün əlçatandır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə