Facebook istifadəçilərdən üzr istədi

29-12-2014 / 12:59

Facebook yeni il üçün hazırladığı foto alboma görə istifadəçilərdən üzr istəyib.

Facebook-un  təqdim etdiyi  yeni il sürprizini bəzi istifadəçilər xoş qarşılamayıb. Proqram üçün hazırlanan alqoritm fotoşəkilləri təsadüfi seçir. Bu səbəbdən də istifadəçilərin xatırlamaq istəmədiyi hadisə və şəxslərə aid fotoşəkillər də həmin albomda yer alır.

Veb dizayner və yazar Eric Meyer foto albomunda vəfat edən qızının şəklini gördükdən  sonra  Facebook-u “düşüncəsiz alqoritm hazırlamaqda” günahlandırıb.

Tətbiqin idarəçisi Jonathan Gheller istifadəçilərdən üzr istəyib. "Tətbiq bəziləri üçün yaxşı, digərləri isə o qədər yaxşı olmadı" deyib. Eric Meyerin tənqidi üçün təşəkkür edən Gheller daha yaxşısını edəcəklərini bildirib. 

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə