Facebook istifadəçiləri 2 milyarda çatdı

28-06-2017 / 11:09

Facebook-un istifadəçiləri 2 milyard nəfərə çatıb.

Xeberler.az-ın məlumatına görə, bunu Facebook-un CEO-su Mark Zuckerberg öz rəsmi hesabından paylaşıb.

Mark Zuckerberg qeyd edib ki, dünən etibariylə Facebook-da istifadəçi sayı  2 milyarda çatıb.

Şirkət rəhbəri dünyanı bir-birinə bağlamaq üçün vurğulayaraq indi dünyanın bir-birinə daha yaxın olduğunu deyib.

O, bu səyahətdə insanlarla bir yerdə olmaqdan  şad olduğunu da bildirib.

CEO Facebook-un arxa fon şəklini dəyişərək, “ Facebook 2 milyard ilə yeniləndi. İndi dünya bir az daha işıqlandı”,  - deyə  qeyd edib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə