Facebook istifadəçiləri dinləyir?

12-04-2018 / 12:55

Məlumat verdiyimiz kimi, Facebook-un rəhbəri Mark Zuckerberg dünən ABŞ Konqresində senatorlar qarşısına çıxaraq məlumat sızıntıları ilə bağlı sualları cavablayıb.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Mark Zuckekberg konqresdə Facebook istifadəçilərinin səsinin dinlənməsi ilə bağlı sualı da cavablayıb.

Belə ki, ABŞ konqresinin senatoru Gary Peters Mark Zuckekberg-ə “ Facebook mobil cihazlardan topladığı səsləri istifadəçilərdən yığdığı şəxsi məlumatları zənginləşdirmək üçün istifadə edib?” sualını ünvanlayıb.

O, Mark Zuckekberg-dən suala “bəli” və ya “xeyir” cavabını verməsini istəyib.

 Zuckekberg də suala belə cavab verib:

“Xeyir, düzünü danışmaq lazımdırsa, Facebook-un istifadəçilərinin səsini dinləməsi barədə şayə yalandır. Biz bunu bacarmırıq”

Mark qeyd edib ki, Facebook istifadəçiləri yalnız video çəkdiyi zaman səs yazısı edə bilir.

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə