Facebook istifadəçiləri üzdən tanıyacaq

24-06-2015 / 11:38

Artıq Facebook sosial şəbəkə istifadəçilərini üzdən tanıya biləcək.

Xəbərlər-in verdiyi məlumata görə, yeni nəsil telefonların bu imkanı var. Bu imkan həm telefonu, həm də içərisindəki sənədləri təhlükələrdən qoruyur.

Bunu nəzərə alan Facebook rəhbərliyi də yenilik edib. Əvvəlcə yalnız yeni nəsil telefon istifadəçiləri sosial şəbəkənin bu imkanından istifadə edəcək. Daha sonra kompüterlərdə tətbiq ediləcək. Artıq istifadəçi öz səhifəsinə daxil olmaq üçün e-mail və  şifrə yazmalı olmayacaq. Sadəcə telefonun ön kamerası vasitəsilə üzünü Facebook-un  hazırlayacağı sistemə tanıdacaq və səhifəsinə daxil olacaq.

Bu yeniliyin tətbiqindən sonra  kiminsə Facebook hesabı başqaları tərəfindən oğurlana bilinməyəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə