“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

15-01-2011 / 14:05

Dünyanın ən böyük auditoriyaya malik olan sosial şəbəkəsi – “Facebook” istifadəçilərinin sayı 600 milyon nəfərə çatıb. Onların 100 milyon nəfəri yalnız son yarım ildə saytda qeydiyyatdan keçib.

“Facebook”dan istifadə edən 600 milyon fəal istifadəçinin 230 milyonu telefon vasitəsilə bu saytdan istifadə edir.

“Facebook” şəbəkəsinin 213 ölkədə istifadəçilərinin statistikasını analiz edən “Social Bakers” saytının məlumatına görə, istifadəçilərin sayı sürətlə artır və buna görə də, yaxın vaxtlarda şəbəkə üçün yeni statistika açıqlanacaq. Yalnız son həftə ərzində dünyanın 4 ölkəsindən saytda qeydiyyatdan keçənlərin sayı 1,5 milyon nəfər olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə