Facebook Lite nədir?

25-09-2009 / 14:47

Facebook ailəsi yeni xüsusiyyət yaradıb.

Xeberler.az bildirir ki, Facebook Lite adlı yeni xüsusiyyət test mərhələsindən keçib. Facebook Lite xüsusilə Amerika və Hindistanda qısa zamanda normal Facebook-dan daha məşhur olmağı bacarıb.

İlk vaxtlarda bu xüsusiyyət internet əlaqəsi yavaş olan yerlər üçün nəzərdə tutulmuşdur. Amerikalı beta testçilər arasında məşhur olduqdan sonra isə Facebook ailəsi Lite-ni Amerikada da yayılması üçün qərar verdi.

Normal Facebook-dan daha çox sürətli yüklənən Facebook Lite-nin HTML kodu da optimizə edilmişdir. Bu da internet brauzerlərin daha az məlumat endirməsi və səhifəni daha sürətli açması deməkdir. Daha az və kiçik reklamlar, şəkillərin olması da yeni distributivin digər xüsusiyyətləri  arasında iştirak edir. Lite  adi Facebook-dan fərqli olaraq cib telefonlarında daha yaxşı işləyir. Netbook kimi kiçik ekranlı daşına bilər kompüterlərdə də daha yaxşı görünür və istifadəsi daha asandır.

Facebook Litedəki fərqlərdən bəziləri ümumiləşmiş şəkildə bunlardır:

 Daha kiçik simvollar var.

 Tətbiqlərə və səhifələrə daxil olma  yoxdur.

 Chat yoxdur.

 Qruplar yoxdur.

 Fəaliyyətlər və ad günləri, ana səhifənin üzərində tək bir sətir kimi verilir.

 Daha az və kiçik reklamlar var.

 Profil fotosu çıxardılmışdır.

 Sol gəzinti çubuğu yığışdırılıb.

 “Nə düşünürsünüz?” çubuğu çıxardılıb.

 

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə