Facebook məhkəmə qarşısında cavab verəcək

25-12-2014 / 15:47

Facebook sosial şəbəkəsi istifadəçilərin şəxsi yazışmalarından reklam məqsədilə yararlandığı üçün məhkəmə qarşısında cavab verməli olacaq. Bu haqda Reuters agentliyi ABŞ-da hakim Fillis Hemiltonun  çıxardığı qərara əsaslanaraq məlumat yayıb. 

Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, 2013-cü ildə Facebook-a qarşı qaldırılan məhkəmə iddiasında şəbəkə şəxsi yazışmaları təhlil etməkdə, reklam məqsədilə məlumat toplamaqda ittiham olunub. İddiaçılar şəxsi məlumatların istifadəsini ABŞ federal və Kaliforniya ştatının qanunlarına zidd olduğunu əsas gətiriblər.  

Hakim Faceook-un hələ 2012-ci ildə şəxsi məlumatların təhlilini dayandırdığını bildirib, lakin şəbəkə hələ də istifadəçini spam və viruslardan qorumaq üçün bəzi yazışmaları analiz edir. Hakimin fikrincə, Facebook bu haqda istifadəçini yetərincə məlumatlandırmadığı üçün məhkəmə qarşısında cavab verməlidir. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.