Facebook Messenger-də eyni anda 50 nəfərlə səsli danışa biləcəksiniz

21-04-2016 / 13:00

Apreldə aylıq  900 milyon aktiv istifadəçiyə çatdığını açıqlayan Facebook Messenger növbəti vacib xidmətini istifadəyə verdi.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, istifadəçilər bundan sonra tətbiqdə qrup zəngləri edə biləcək.

Əvvələr yalnız bir nəfərlə səsli danışmaq imkanı verən şirkət bunu səsli görüşmələr üçün dəyişib.

Səsli qrup söhbətində ümumi say 50 nəfər müəyyən edilib. 

Bu xidmətin xüsusilə şirkətlərin onlayn iclaslarının Messenger üzərindən aparılması üçün təqdim edildiyi qeyd edilib.

Facebook Messenger üzerindən qrup şəkilində zəng etmək istəyən istifadəçilər Messenger-də telefon ikonu-na klik etməlidir.

Telefon ikonu- na daxil olduqdan sonra açılan yeni pəncərədə kollketiv görüşləri seçərək istədiyiniz şəxsi qrupa əlavə edə bilərsiniz.

Facebook bildirib ki, xidmət yeni olduğu üçün 24 saat içərisində bütün istifadəçilərə çatacaq.

Bu xidmətdən istifadə üçün Messenger-in son versiyasını istifadə etməlisiniz.  

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə