Facebook Messenger-dən gözlənilən yenilik

28-04-2015 / 12:46
Hamının arzuladığı yeni funksiya gəldi. İndi sosial şəbəkə istifadəçiləri mobil proqram vasitəsilə video-zəng edə bilərlər.
 
Xəbərlər-in məlumatına görə, bu barədə Facebook mətbuat xidməti məlumat yayıb.

Bu imkana 18 ölkədə İOS və Android idarəli qurğu sahibləri malikdir. Azərbaycanın adı isə  bu ölkələrin siyahısında yoxdur.
 
Video-zəngi etmək üçün smartfon və ya planşet sahibinin sadəcə ekranın yuxarısında, sağ küncündə olan kamera işarəsinin üstünə vurması yetərlidir.
 
Messenger işləmləri üzrə rəhbəri Sten Çudnovski bəyan edib ki, bu qrup şəklində, eləcə də veb-interfeys vasitəsilə zənglərin əlavə edilməsi planlaşdırılır.
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə