Facebook Messenger-ə yeni funksiyalar əlavə ediləcək

12-04-2016 / 16:42

 Facebook Messenger-ə bir neçə yeni funksiya əlavə ediləcək.

Xeberler.az-ın məlumatına görə, bu barədə Fecebook Messenger-in layihə rəhbəri David Marcus öz rəsmi Facebook səhifəsində  yazıb.

O qeyd edib ki, Messenger-in aylıq 900 milyon aktiv istifadəçisi var.

David Marcus bunu nəzərə alaraq dostluğunuzda olan insanları daha tez və rahat tapmaq üçün  tezliklə "Messenger Usernames", "Messenger Links" və "Messenger Codes."  funksiyalarının istifadəyə veriləcəyini açıqlayıb.

Layihə rəhbəri bildirib ki, sistem Messenger-ə əlavə ediləcək Snapchat formasında olan QR kod vəsitəsilə mümkün olacaq.

Onun sözlərinə görə,  bu kod sizin adınızı və ya istifadəçi linkinizi daha tez tapmağa kömək edəcək. Həmçinin, bu kodu skan edərək həmin şəxsi dostluğunuza da əlavə edə bilərsiniz.

Skan  nəticəsində avtomatik m.me/[sizin istifadəçi adınız]URL aktivləşərək birbaşa həmin ünvana yönəlir.

Bu funksiyanın əlavə edilməsi ilə bağlı Messenger tətbiqlərinə  "Skan etmə" və "Skan kod tərtib etmə" funksiyaları əlavə ediləcək.

Yeni funksiya hələki biznes səhifələri üçün aktiv olub.

Namət Məmmədzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə