Facebook Müdafiə Nazirliyinin səhifəsini rəsmən tanıdı

20-04-2016 / 14:56

Məlumat verdiyimiz kimi, aprelin 5-dən Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başladı.

Xeberler.az-ın məlumatına görə, nazirliyin yeni Facebook səhifəsi Verified Page kimi təsdiqlənib.

Belə ki, rəsmi səhifənin rəsmi və orjinal olması Facebook tərəfindən "mavi nişan" göndərilməklə təsdiq olunub.

Verified Page- Facebook sosial şəbəkəsində şirkətin və ya qurumun səhifələrinin orjinal və  saxta olmadığını təsdiqləyir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi Facebook səhifəsinin 136 minə qədər istifadəçisi var.

Sevinc Əsədova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə