Facebook ödənişli olacaq!

03-01-2009 / 10:00

FACEBOOK-da ƏLAVƏ QAZANC YOLLARI AXTARILIR
Facebook, artan xərcləri ödənişli istifadəçi hesablarıyla bağlamağa çalışacaq. Dünyanın ən çox ziyarət edilən saytlarından Facebook iqtisadi çətinlikləri, ödənişli istifadəçi hesablarıyla bağlamağı düşünür. İctimai paylaşma platforması olan Facebook yaxında ən böyük probleminiz halına gələ bilər. Lazımlı infrastrukturun meydana gətirdiyi xərclər getdikcə artmaqdaykən gəlirlər sabit qalır.


İsveçrə xəbər portalı “20 Minute”nin  sektorla əlaqədar fərqli bloglardan əldə etdiyi məlumata görə Facebook, sahib olduğu şəbəkə üzərindən necə əlavə qazanc əldə edə biləcəyini araşdırır. Bu planlar arasında isə ümumiyyətlə istifadəçiyə iki fərqli hesab təqdimetmə variantı meydana çıxır: Məhdud daxilolmaya sahib ödənişsiz bir hesab və bütün Facebooka daxil olmağı təmin edən ödənişli bir hesab. İstifadəçi məlumatlarının üçüncü kəslərə satılması da müzakirə edilən mövzular arasındadır.

140 MİLYONDAN ÇOX AKTİV İSTİFADƏÇİSİ VAR

Şərhçilərə görə Facebookun hissə satışıyla əldə etdiyi 500 milyon dollarlıq sərmayənin böyük bir qisimi xərclənmiş vəziyyətdə. Əgər böyümə nisbətləri dayansa nağd pul anbarları 2009dakı bazar durğunluğunda tamamilə yox ola  bilər.Xatırladaq ki, Facebook 140 milyondan çox aktiv istifadəçisi ilə internetdəki ən sürətli böyüyən ictimai şəbəkədir. Orta hesabla bir istifadəçinin 100 yoldaşı var, gündə təxminən 30 milyon şəkil göndərilir. Dünya səviyyəsində hər gün 200.000in üzərində yeni istifadəçi portala üzv olur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə