Facebook ötən il nə qədər qazanıb?-Hesabat

02-02-2017 / 12:07

2016-cı ilin son rübünün maliyyə nəticələrini açıqlayan Facebook, ili 8.81 milyard dollar gəlir və 3.56 milyard dollar mənfəət ilə bağlayıb.

Xeberler.az şirkətin açıqladığı statistikaya istinadən məlumat verir ki, aylıq istifadəçi sayında da iddialı addımlayan Facebook əvvəlki ilin son rübü ilə müqayisədə 3.91 faiz artımla 1.86 milyard istifadəçiyə çatıb.

Hissə başına 1.41 dollar qazanc əldə edən sosial media nəhəngi analitiklərin 8.51 milyard dollar gəlir və hissə başına 1.31 dollarlıq mənfəət proqnozlarını də geridə buraxmış oldu.

Mobil keçid prosesini də müvəffəqiyyətli bir şəkildə idarə edən Facebook reklam gəlirlərinin 84 faizini mobildən əldə edib.

2016-ci ili ümumi olaraq 27.6 milyard dollar gəlirlə bağlayan Facebook, 2015-ci ildə isə 17.93 milyard dollar gəlir əldə etməyi bacarmışdı. Bundan əvvəlki rübdə 1.18 milyard olan gündəlik istifadəçi sayı son rübdə 18 faiz artım göstərərək 1.23 milyarda qalxıb.

Bununla yanaşı, gündəlik istifadəçilərin 1.15 milyardı Facebook-a daxil olmaq üçün mobil platformaları seçib.

Facebook-un CEO-su Mark Zuckerberg açıqlamasında yenidən video paylaşımların əhəmiyyətinə toxunub.

Facebook-un sahibi olduğu digər platformalar haqqında da məlumat verən Zuckerberg Instagram-ın 600 milyon istifadəçiyə çatdığını və hər ay 400 milyon istifadəçinin Messenger üzərindən səsli / görüntülü zənglər etdiyini də vurğulayıb.

2017-ci ildə 2 milyard aylıq istifadəçi sayını keçməsi gözlənilən Facebook gələcəyin video paylaşımları və Virtual Reallıq (VR) texnologiyalarından ibarət olacağını düşünür.

Onu da qeyd edək ki, ötən il Facebook 500 milyon dollarlıq bir cəzayla qarşılaşıb. Belə ki, Facebook-un sahib olduğu Oculus şirkətinə Zenimax şirkəti tərəfindən açılan iddia, müəllif hüquqları pozuntusu səbəbiylə Zenimax-a 500 milyon dollar ödənilməsi qərarı ilə nəticələnib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.