Facebook öz TV kanalını yaradır

02-02-2017 / 11:35

Facebook Apple TV bənzər yeni layihə üzərində işləyir.

Xeberler.az bildirir ki, bəzi mənbələrin The Wall Street Journal-na sızdırdığı məlumatlara görə, Facebook öz TV kanalını yaratmaq üçün nəhəng media şirkətləri ilə lisenziya razılaşmaları əldə  etmək üçün sıx danışıqlar aparır.

Belə ki, yaxın Facebook Apple TV-yə bənzər öz televiziyasını təqdim edə bilər.

Qeyd edilir ki, yeni platforma standart Facebook tətbiqinin böyük ekranlı bir versiyasından çox daha çoxunu ehtiva edəcək.

Burada idman, film, ən yeni filmlər və təbii olaraq Facebook-da yayımlanan maraqlı  paylaşımlar yer alacaq. Qısacası, Facebook TV bütün fəaliyyəti ilə Apple TV-yə meydan oxuyacaq.

İddia edilir ki, Facebook-un sosial media xidməti, internetdəki reklamlardan əldə edə biləcəyi gəlir məhddudur. Bununla yanaşı, görüntülü reklamlar daha çox gəlir gətirir.

Ona görə də Facebook bütün gücünü bu istiqamətə yönləndirir.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə