Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016 / 14:10

Facebook profillərinin sındırılması və oğurlanması, eyni zamanda müəyyən şəxslərin adına açılan saxta hesablarda həmin şəxsin şərəf və ləyaqətini alçaldan şəkillərin paylaşılması, şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi və s. sosial şəbəkə istifadəçilərinin tez-tez qarşılaşdıqları əsas problemlərdəndir.

Təcrübə göstərir ki, əksər hallarda bu kimi problemlər istifadəçilərin sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatsızlığından, müəyyən qaydalara riayət etməməsindən qaynaqlanır.

Xeberler.az-ın məlumatına görə, mövcud problemlərin aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə tanış edir.

-Facebook-un şərt və qaydaları ilə tanış olun: Facebook sosial şəbəkəsində qeydiyyatdan keçməzdən əvvəl Facebook-un hazırladığı şərt və qaydalarla tanış olmağınız zəruridir.

-Mühafizə parametrlərini yoxlayın: İlk növbədə, istifadə etdiyiniz hesabınızın gizlilik və təhlükəsizlik parametrlərini yoxlayın.

-Fərdi məlumatlarınızı qoruyun: Fərdi məlumatlarınızı yerləşdirərkən ehtiyatlı olun. Yalnız müəyyən şəxslərə fərdi məlumatlarınızı görməyə icazə verin.
 

-Blok edin: Əgər kimsə Facebook-da sizin şərəf və ləyaqətinizi alçaldacaq sözlər yazarsa, sizi təhdid və ya təhqir edərsə, ilk olaraq həmin şəxs barədə Facebook sosial şəbəkəsinin mövcud bölməsindən həmin hesabı blok edin.

- Kompüterinizin müdafiəsini gücləndirin: Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.

-Sizə gələn mesajlarla diqqətli olun: Bəzən Facebook-da elə mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu" bölməsinə bu cür mesajlar daxil olmuşdursa, həmin mesajdakı linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin. Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola bilər.

-Mürəkkəb şifrlərdən istifadə edin: Sadə şifrlərdən istifadədən çəkinin (məsələn, 123456 və öz adınız və s.). Şifriniz ən azı 8 simvoldan ibarət olmalıdır. Şifrdə böyük və kiçik hərflər, rəqəmlər, simvollar (məsələn, +, @, #, $ və s.) istifadə olunmalıdır.

-Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər. Bu səbəbdən tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin.

Günel


 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.