Facebook saxta xəbər paylaşanlarla mübarizəyə başladı

16-12-2016 / 13:57

Facebook saxta xəbər yayanlarla bağlı ciddi mübarizəyə başlayıb.

Xeberler.az-ın məlumatına görə, Facebook bunun üçün qlobal şirkət  Poynter Network ilə əməkdaşlığa başlayıb.

Belə ki, Facebook 4 addımlıq prosedor ilə saxta xəbərlərdən xilas olmağı planlaşdırır.

Əvvəllər saxta xəbərlər və  terror kimi məna kəsb edən xəbərlərlə mübarizə üçün süni zəkadan istifadə  edən Facebook saxta xəbər probleminin nə qədər ciddi qəbul etdiyini də göstərmiş oldu.

Asan hesabat, xəbərin şübhəli xəbər olaraq işarələnməsi, məlumatlandırılmış paylaşım və saxta xəbər göndərənlər üçün 4 addımdan ibarət sistem sayəsində saxta xəbərlər ilə mübarizə aparacaq.

Şirkət açıqlamasında bu 4 addımın istifadəçilər üçün daha asan hala gətirildiyini vurğulayıb.

Asan hesabat qisimi isə bu prosesin ən əhəmiyyətli addımıdır.

Belə ki, Facebook-da oxuduğunuz hər hansı bir xəbərin şübhəli olduğunu düşünürsünüzsə, xəbərin  sağ üst qismində onu saxta xəbər olaraq işarələyə biləcəksiniz.

Şübhəli xəbər kimi qeyd edilən paylaşım Poynter Network tərəfindən araşdırılacaq.

Bu sistem sayəsində təsbit edilən və sonrasında saxta olduğu dəqiqləşdirilən xəbərlərin üzərində “saxta xəbər”  formasında bir xəbərdarlıq olacaq və həmin xəbər  zaman tunelində daha az görünəcək.

Eyni zamanda, paylaşımların üzərində xəbərlərin saxta olmasının səbəbi də əlavə ediləcək.

Qeyd edək ki, yenə də əvvəlki kimi Facebook-da xəbər paylaşmaq mümkün olacaq. Amma Facebook bu xəbərləri paylaşmaq istədiyinizdə üzərində saxta ola biləcəyinə dair bir xəbərdarlıq göstərəcək.

Şirkət şübəhəli xəbər kimi qeyd edilən xəbərlərin sponsorlu ola bilməyəcəyini də vurğulayıb.

 

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.