Facebook Tailandda bütün reklam yayımlarını dayandırdı-Səbəb

15-10-2016 / 12:14

Tailand Kralı Bhumibol Adulyadej-in vəfat etməsindən sonra Facebook  Tailandda  yayımlanan bütün Facebook reklamlarını dayandırdığını açıqladı.

Məlum olduğu kimi, 1927-ci il təvəllüdlü kralın itkisiylə birlikdə ölkədə yas elan edilib.

Xeberler.az məlumat verir ki, Facebook açıqlamasında Taylandda bütün reklamların dayandırıldığını və özlərinin də Taylandda yayımlanan reklamları bağladığını  açıqladı.

Yas prosesinin nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumatı olmadığını bildirən Facebook bununla bağlı istifadəçilərini məlumatlandıracağını deyib.

Qeyd edək ki, Tailand kralı Bhumibol Adulyadej 70 illik hökmranlıqdan sonra vəfat edib. Kral 88 yaşında uzun müddətdir müalicə aldığı Banqkokdakı Siriraj xəstəxanasında dünyasını dəyişib.

ABŞ-ın məşhur Forbes jurnalı 2008-ci ildə dünyanın ən zəngin krallarının siyahısını açıqlamışdı. Bu sırada ilk yeri 35 milyard dollarlıq sərvəti ilə Tailandın kralıı Bhumibol Adulyadej tutub.

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə