Facebook tarixi gün yaşayıb-Video

22-07-2016 / 17:50

Dünyanın ən böyük sosial media platfroması dünən tarixi günə imza atıb.

Xeberler.az-ın məlumatına görə, şirkət internetin olmadığı bölgələrə internet aparmaq üçün hazırladığı Aquila adlı pilotsuz uçuş aparatı ( dron) ilə uğurlu işə imza atıb.

34 metr qanad açıqlığı olan və normal bir avtomobildən daha yüngül olan Aquila ilk test uçuşunda təxminən  96 dəqiqə  havada qalıb.  Bu baxımdan Facebook mühəndislərinin gözləntilərini üç qat geridə buraxıb. Dronun bütün idarəsi daxili əməliyyat vahidi üzərindən yerinə yetirilir.

Məlumata görə, dron saatda 40 km sürətlə uçur.

Daxilində 4 ədəd elektrik pərvanə mühərriki olan və sınaq zamanı 2000 W  enerji xərcləyən Aquila gələcəkdə günəş enerjisindən faydalana biləcək və bununla da uzun müddət havada qala biləcək.

 

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə