Facebook-un bazar dəyəri 300 milyard dollara çatdı

10-11-2015 / 12:09

Dünyanın ən böyük sosial media platforması Facebook-un artıq bazar dəyəri 300 milyard dollar məbləğinə çatıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə 1 milyard 550 milyon istifadəçiyə malik olan Facebook 300 milyard dollar bazar dəyəri ilə rəqiblərini üstələyib.

Facebook-un rəqibləri olaraq adlandırdığımız Twitter 20 milyard dollar, Yahoo isə 33 milyard dollar bazar dəyəri təşkil edir.

Facebook-un ən güclü rəqibi isə 517 milyard dollar bazar dəyərinə sahib Alphabet şirkətidir.

Aşağıdakı cədvəl Facebook-un digər şirkətlər arasında hansı sırada olduğunu daha dəqiq göstərir.

 

Ağasəf Haqverdiyev

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.