Facebook-un fəaliyyəti bərpa olundu

24-09-2015 / 22:56

Dünyaca məşhur sosial şəbəkə olan Facebook-un fəaliyyətində problemlər yaranıb.

Xeberler.az-ın məlumatına görə, bu gün saat 20.00 radələrində sosial şəbəkə istifadəçiləri sayta daxil ola bilməyib.

Facebook-a daxil olan istifadəçilər belə bir xəbərdarlıqla rastlaşıb:

“Üzr istəyirik, hazırda bəzi şeylər qaydasında getmir”.

Bir çox ölkələrdə Facebook-da yaranan bu problem aradan qaldırılıb. Hazırda istifadəçilərin Facebook-a daxil olmasında heç bir əngəllənmə yoxdur.

Bəzi ekspertlər, bunu sosial şəbəkəyə haker hücumu ilə əlaqələndirir. Facebook rəhbərliyi hələ ki, hadisə ilə bağlı heç bir açıqlama verməyib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə