Facebook-un gündəlik auditoriyası milyardı keçdi

05-11-2015 / 12:40

Sentyabrda Facebook sosial şəbəkəsindən hər gün orta hesabla 1,01 milyard insan istifadə edib. Bu isə ötən illə müqayisədə 14  faiz daha çoxdur.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə şirkətin ilin üçüncü rübüylə bağlı hesabatında məlumat verilib.

Facebook-un aylıq auditoriyası 1,5 milyard nəfər təşkil edir. Hər gün mobil cihazlar vasitəsilə 894 milyon istifadəçi bu sosial şəbəkəyə daxil olur.

Facebook-un gəliri də artaraq 4,3 milyard dollara çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur.

 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.